Hilal Məmmədovun məhkəməsi təxirə salınıb

Hilal Məmmədovun məhkəməsi təxirə salınıb
# 20 fevral 2013 10:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində “Tolişi Sədo” qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Hilal Məmmədovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, buna şahidlərin məhkəmə prosesinə gəlməməsi səbəb olub.

Proses fevralın 27-də davam etdiriləcək.

Daxili İşlər Nazirliyinin H. Məmmədovun həbsi ilə bağlı yaydığı məlumatda onun İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinərək həbs olunduğu, həbs olunan zaman üzərində və yaşadığı mənzildə ümumi çəkisi 33,183 qram olan narkotik vasitə - heroin , həmçinin qanunsuz fəaliyyətində istifadə etdiyi informasiya daşıyıcıları aşkar edildiyi qeyd olunub.

Hilal Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR