Bakıda evə basqın olub

Bakıda evə basqın olub
# 03 aprel 2013 08:25 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda maskalı şəxslər evə basqın edib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, naməlum maskalı şəxslər Şüvəlan qəsəbəsi Nizami küçəsində yaşayan Akif Həmzəyevin evinə daxil olaraq ev sahibinə bıçaqla xəsarət yetiriblər. Sonra həyətdə olan «VAZ-2121» markalı avtomobilin hər iki dövlət nömrə nişanını açıb ataraq avtomobili qaçırıblar. Yaralı A. Həmzəyev isə 3 saylı xəstəxanaya yerləşdirilib.

Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 1-ci Polis Bölməsi və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Kamran Cəbiyev və Səbuhi Tağıyev Salyan rayonu ərazisində idarə etdikləri «BMW-X5» markalı avtomobillə saxlanılıblar. Avtomobildən 5 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Cinayətin digər iştirakçısının tapılması istiqamətində əməliyyat tədbirləri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR