Azərbaycan “Faza” turnirində 1 qızıl, 1 gümüş medal qazanıb

Azərbaycan “Faza” turnirində 1 qızıl, 1 gümüş medal qazanıb
# 01 mart 2013 15:18 (UTC +04:00)

Bakı – APA. Dubayda keçirilən pauerliftinq üzrə “Faza” beynəlxalq turniri başa çatıb. Paralimpiya Komitəsindən apasport.az saytına verilən məlumata görə, yarışda iştirak edən Azərbaycan millisi vətənə 1 qızıl, 1 gümüş medalla qayıdıb.

Təmsilçilərimizdən Məhərrəm Əliyev (+107) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 107 kq çəki dərəcəsində yarışan Elşən Hüseynov isə 2-ci yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR