Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Azadlıq prospektində qeydə alınıb.
Bakı şəhər sakini Vidadi Məhərrəmov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub. Xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölüb.
Hazırda ölən şəxsin kimliyi araşdırılır.