İranda 2 nəfər edam edilib

İranda 2 nəfər edam edilib
# 25 aprel 2013 10:50 (UTC +04:00)

APA-nın “Xorasan” qəzetinə istinadən məlumatına görə, məhbuslar zorlama və təcavüzdə günahlandırılırlar.

Onlardan birinin 22, digərinin 26 yaşı olub. Məhbusların adları və soyadları açıqlanmayıb. Aşağı instansiya məhkəməsinin çıxardığı ölüm hökmü İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra aprelin 24-də səhər saatlarında Məşhəd şəhərinin Vəkilabad həbsxanasında icra edilib.

Qeyd edək ki, “Amnesty İnternational” təşkilatının (Beynəlxalq Əfv Təşkilatı) yaydığı hesabatda İranda 2012-ci ildə 314 nəfərin edam edildiyi bildirilir. İran insan haqları təşkilatları isə edamların sayına görə Çindən sonra ikinci olan İranda 2012-ci ildə 580 nəfərin dara çəkildiyini açıqlayıblar.

Xatırladaq ki, ötən həftə Şirazda 9, Kirmanda 4, Məşhəddə 4, Kərəcdə 2, Zərənddə isə 1 nəfər olmaqla 20 nəfər edam edilib. Bu edamlardan 6-sı ictimaiyyətin gözü qarşısında, 14-i isə həbsxanada icra edilib. Bu həftə isə ikisi qadın olmaqla 4 nəfər Dezful, 3 nəfər də Bəm şəhərinin həbsxanasında dara çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR