Təhsil Nazirliyinin şöbə rəisi: “Azərbaycanda peşə təhsili müəssisələrinin idarə edilməsində bir sıra boşluqlar olub”

Təhsil Nazirliyinin şöbə rəisi: “Azərbaycanda peşə təhsili müəssisələrinin idarə edilməsində bir sıra boşluqlar olub”
# 10 aprel 2013 12:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi Azərbaycanda peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsinə mane olan problemləri açıqlayıb. Təhsil Nazirliyinin Texniki-peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov APA-ya açıqlamasında deyib ki, Azərbaycanda peşə təhsili müəssisələrinin rəhbərləri tərəfindən məktəblərin idarə edilməsində bir sıra boşluqlar olub: “Hazırda onların aradan qaldırılması müəyyən zaman alır. Bu da təhsilin yüksəlməsinə müəyyən maneələr yaradır. Bundan əlavə, peşə təhsili müəssisələrində çalışan müəllimlər yeniliklərdən elə də çox xəbərdar deyillər. Amma son illər peşə təhsili müəssisələrinə təhsil fənləri üzrə mərkəzləşmiş müəllim qəbulu həyata keçirilir ki, bunun nəticəsində daha çox ixtisaslı müəllimlər işlə cəlb edilib”.

N. Məmmədov qeyd edib ki, peşə təhsili sahəsində mövcud problemlərin həlli və keyfiyyətin yüksəldilməsi üçün Təhsil Nazirliyi tərəfindən xüsusi proqram hazırlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR