APA TV-nin məlumatına görə, Abdullah Gül deyib ki, hakim Ədalət və İnkişaf Partiyasının qurultayı prezident səlahiyyətlərinin təhvil verilməsindən bir gün əvvəl keçiriləcək. Onun sözlərinə görə, fəaliyyətdə olan baş nazir Rəcəb Tayyib Ərdoğan prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra hökumətə xarici işlər naziri Əhməd Davudoğlu rəhbərlik edəcək. "Onu siyasətə də, dövlət həyatına da mən qazandırmışam", - deyən Abdullah Gül bildirib ki, Əhməd Davudoğlunun uğurlu baş nazir olacağına inanır.
Abdullah Gül səlahiyyət müddəti bitdikdən sonra Ankarada qalmaq istəmədiyini və İstanbula köçəcəyini bildirib.
Abdullah Gül: "Yeni baş nazir Əhməd Davudoğlu olacaq" - VİDEO
20 avqust 2014 02:26 (UTC +04:00)
Avropa
İsveçrə Ukraynanın inkişafı üçün 1,6 milyard dollar ayıracaq
06:24
23 may 2024
İspaniya XİN: Madrid BCM-nin həbslə bağlı order verilməsinə dair istənilən qərarını dəstəkləyəcək
02:33
23 may 2024
Stoltenberqin müavini: “NATO Ukraynaya qoşun göndərmək niyyətində deyil”
01:38
23 may 2024
Berbok: "Almaniya, Fransa və Polşa təhlükəsizlik sahəsində birləşmək niyyətindədir"
21:34
22 may 2024