Tehranda beynəlxalq bank və sığorta sərgisi keçiriləcək

Tehranda beynəlxalq bank və sığorta sərgisi keçiriləcək
# 15 mart 2013 07:01 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Aprelin 30-dan mayın 3-dək Tehranda VII Beynəlxalq «Birja, bank və sığorta» sərgisi keçiriləcək.

«APA-Economics»in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, birja, bank və sığorta sektorları üzrə Azərbaycanda fəaliyyət göstərən dövlət və özəl şirkətlərin nümayəndələri sərgiyə baxış keçirmək üçün Tehrana dəvət olunur. Dəvət edilmiş şəxslərin səfər və Tehranda qalma xərcləri tədbirə ev sahibliyi edən qurum tərəfindən ödəniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR