Tərtərdə 6 nəfərin yaralanması ilə nəticələnən qəza baş verib - VİDEO

Tərtərdə 6 nəfərin yaralanması ilə nəticələnən qəza baş verib - <span style="color: red;">VİDEO
# 07 dekabr 2014 20:54 (UTC +04:00)

Tərtər. Teymur Zahidoğlu-APA. Borsunlu-Hindarx magistral avtomobil yolunun Tərtər ərazisindən keçən hissəsində iki VAZ markal minik maşının toqquşması nəticəsində ikisi ağır olmaqla 6 nəfər xəsarət alıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Tərtər rayonun Kolanı kəndi ərazisində qeydə alınıb.

Ağcabədi rayon Taynaq kənd sakini Səxavət Rüstəmovun idarə etdiyi VAZ-2106 markalı minik maşını Tərtər rayon sakini Azər Haqverdiyevin idarə etdiyi VAZ-21011 markalı avtomobillə toqquşub. Nəticədə VAZ-2106 da olan Ağcabədi rayon Taynaq kənd sakinləri Xəyalə Nuriyeva, Nazim Rüstəmov, Cəmilə Səfərova və sürücünün özü , digər avtomobildə olan Tərtər rayon Hacıqərvənd kənd sakinləri Azər Haqverdiyev və Təbriz Haqverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralılardan ikisinin vəziyyəti ağırdır.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR