Obamaya və senatorlara zəhərli məktublar göndərməkdə təqsirləndirilən şəxs zaminə buraxılıb

Obamaya və senatorlara zəhərli məktublar göndərməkdə təqsirləndirilən şəxs zaminə buraxılıb
# 24 aprel 2013 00:49 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obamaya və senatorlara zəhərli məktublar göndərməkdə təqsirləndirilən Pol Kevin Kertis zaminə buraxılıb. İş üzrə aprelin 24-nə təyin olunmuş dinləmələr isə ləğv olunub. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, zamin qismində çıxış etmiş şəxsin kimliyi barədə məlumat verilmir.

Xatırladaq ki, aprelin 15-16-da prezident Obama və bir neçə senator tərkibində öldürücü ritsin zəhəri olan məktub alıb. Senatorlara tərkibinə öldürücü ritsin zəhəri hopdurulmuş məktubları göndərməkdə şübhəli bilinən Kennet Kertis adlı şəxs həbs olunub. Kertis bütün ittihamları rədd edir və özünü təqsirli saymır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR