Şamaxıda üç “SHACMAN” və bir minik maşını toqquşub, ölən və yaralanan var - YENİLƏNİB - VİDEO

Şamaxıda üç “SHACMAN” və bir minik maşını toqquşub, ölən və yaralanan var - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 31 iyul 2014 13:35 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov - APA. Bakı-Şamaxı yolunda 4 maşının iştirakı ilə zəncirvari avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 15:00 radələrində yolun 105-ci kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Salayev Ramil Camal oğlunun idarə etdiyi, özəl tikinti şirkətinə məxsus 90-NZ-480 dövlət nömrə nişanlı, “SHACMAN” markalı yük maşını ilə şirkətin digər yük maşını - Sumqayıt sakini, 1987-ci il təvəllüdlü Vüqar Orucovun idarə etdiyi 90-NZ-481 dövlət nömrə nişanlı, “SHACMAN” markalı maşınla ötüşərkən qarşı tərəfdən gələn digər bir yük avtomobilinin, Hacıqabul sakini 1984-cü il təvəllüdlü Cəbrayılov Misirxan Ağarza oğlunun idarə etdiyi 99-DT-878 dövlət nömrə nişanlı, “SHACMAN” markalı maşının yoluna çıxaraq onunla toqquşub. Sonra “SHACMAN” markalı maşınlardan biri yol ilə hərəkət edən 90-CV-982 dövlət nömrə nişanlı, “Honda CRV” markalı minik maşınına çırpılıb. Hadisə nəticəsində avtomobillərin 4-ü də əzilib. Hadisəni törədən “SHACMAN” markalı maşının sürücüsü Ramil Salayev müxtəlif dərəcəli bədən xəsarəti ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. “Honda CRV” markalı avtomobilin sürücüsü - 1963-cü il təvəllüdlü Tərtər rayon sakini İbrahimov Asif Yusif oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

***

16:28

Bakı. Hafiz Heydərov - APA. Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Bakı-Şamaxı yolunun 105-ci kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. "SHACMAN" markalı yük avtomobili ilə "Honda" markalı minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilinin sürücüsü dünyasını dəyişib. Sürücünün cəsədini yanğınsöndürən-xilasedicilər müxtəlif alət və avadanlıqlardan istifadə etməklə avtomobildən çıxarıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR