Bidzina İvanişvili: “Biz mütləq Rusiya ilə münasibətlərimizi bərpa etməliyik və bunun üçün əlimizdən gələni edəcəyik”

Bidzina İvanişvili: “Biz mütləq Rusiya ilə münasibətlərimizi bərpa etməliyik və bunun üçün əlimizdən gələni edəcəyik”
# 05 mart 2013 19:26 (UTC +04:00)

Bakı-APA. Gürcüstanın baş naziri Bidzina İvanişvili hesab edir ki, Rusiya prezidenti ilə görüş barədə danışmaq hələlik tezdir. APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, bu barədə Bidzina İvanişvili bu gün “İmedi” telekanalına müsahibəsində deyib.

Qeyd edək ki, Rusiyanın “İzvestiya” qəzeti bu gün qeyd edib ki, Moskva Gürcüstanın baş naziri Bidzina İvanişvili ilə görüşə hazırlaşır. Xəbərdə bildirilir ki, bu məqsədlə Moskvada artıq Gürcüstan dövlət bayraqları da alınıb.

“Bu barədə eşidəndə, şəxsən mənə bu məlumat xoşuma gəldi. Əlavə heç bir şey deyə bilmərəm. Biz heç bir məxfi işlərlə məşğul olmuruq. Biz əldə etdiyimiz bütün məlumatları ictimaiyyətə təqdim edirik. Lakin qəzetdə yazılanı oxuyanda mən şəxsən çox məmnun oldum və bu xəbəri təbəssümlə qarşıladım. Əgər Rusiyada bu cür təəssürat yaranırsa və proseslərdə dəyişiklik baş verirsə - bu çox yaxşı bir haldır. Görüşə gəlincə, düşünürəm ki, bu barədə danışmaq hələlik tezdir. Mənin prinsipial mövqem ondan ibarətdir ki, biz mütləq Rusiya ilə münasibətlərimizi bərpa etməliyik və baxmayaraq ki, bu məsələ Saakaşvilini çox qıcıqlandırır, biz bunun üçün əlimizdən gələni edəcəyik”, deyə Bidzina İvanişvili bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR