Azərbaycan yeni «Airbus» təyyarələri alacaq

Azərbaycan yeni «Airbus» təyyarələri alacaq
# 25 yanvar 2013 11:41 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) aviaparkının genişləndirilməsini davam etdirir.

AZAL-ın İstehsal-Koordinasiya İdarəsinin rəisi Natiq Qəmbərovun «APA-Economics»ə verdiyi məlumata görə, cari ilin aprel ayında AZAL iki ədəd Almaniya istehsalı olan «Airbus-340-500» təyyarəsi alacaq: «Bundan başqa, cari ilin may ayında iki ədəd Braziliya istehsalı olan «Embraer» təyyarəsi alacayıq. Sözügedən təyyarələrin daha ikisi AZAL-ın aviaparkına iyul ayında daxil olacaq».

N.Qəmbərov onu da bildirib ki, 2014-cü il ərzində AZAL iki ədəd «Boeing-787 Dreamliner» təyyarəsi alacaq: «Bununla da AZAL-ın aviaparkında olan təyyarələrin sayı 25-ə çatacaq».

Xatırladaq ki, hazırda AZAL-ın təyyarə parkında 7 ədəd «Airbus-320», 4 ədəd «Boeing-757-200», 3 ədəd «ATR-72», 3 ədəd «Airbus-319» və 2 ədəd «Boeing-767-300ER» avialaynerləri mövcuddur.

Qeyd edək ki, artıq AZAL balansında olan ATR tipli avialaynerlərini satışa çıxarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR