Bakı sakini damdan yıxılaraq ölüb

Bakı sakini damdan yıxılaraq ölüb
# 18 fevral 2013 10:56 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 17-də Xəzər rayonunun Buzovna qəsəbə sakini Vidadi Əhmədovun evində təmir işləri aparan Hövsan qəsəbə sakini Fikrət Əhmədov damdan yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR