Əli Həsənov: “İqtisadi rentabellik baxımından da Qəbələ RLS-in saxlanması üçün əsas yox idi”

Əli Həsənov: “İqtisadi rentabellik baxımından da Qəbələ RLS-in saxlanması üçün əsas yox idi”
# 27 dekabr 2012 14:57 (UTC +04:00)

APA-nın məlumatına görə, bu fikirləri Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

“Bununla da Azərbaycanın xarici siyasət doktrinasına, həmçinin yenicə üzv seçildiyimiz Qoşulmama Hərəkatının başlıca prinsiplərinə uyğun olaraq, ölkəmizin ərazisində digər dövlətlərin hərbi mövcudluğuna son qoyuldu. Digər tərəfdən, Qəbələ RLS Azərbaycanın həmin bölgəsinin turizm potensialına, orada yaşayan əhalinin sağlamlığına mənfi təsir göstərirdi, ekoloji problemlərin yaranmasına səbəb olurdu. İqtisadi rentabellik baxımından da stansiyanın saxlanması üçün heç bir əsas yox idi. Düşünürəm ki, Armavirdə “Voronej DM” adlanan yeni, daha güclü radiolokasiya stansiyasının istifadəyə verilməsindən sonra Qəbələ RLS-in fəaliyyətinin dayandırılması həm də Rusiyanın özünün maraqlarına cavab verirdi”.

Əli Həsənov bildirib ki, bəzi siyasi dairələr, xüsusilə Ermənistan və erməni lobbisi Qəbələ RLS-lə bağlı məsələni süni şəkildə qabardaraq Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmağa cəhd ediblər: “Lakin Prezident İlham Əliyevin “Rossiya - 24” telekanalına müsahibəsində qeyd edildyi kimi, Rusiya-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də dinamik inkişaf edib. İki ölkə arasında bütün məsələlər öz həllini tapıb, regionda və dünyada baş verən hadisələrlə bağlı siyasi məsləhətləşmələr, dialoq davam etdirilib, iqtisadi sahədə əmtəə dövriyyəsinin strukturu daha da yaxşılaşıb. Prezident İlham Əliyev bu il Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşündə ikitərəfli formatın gücləndirməsini, bu formatda iqtisadi əməkdaşlıq məsələlərinin prioritetlər sırasına daxil edilməsini, Azərbaycan kapitalı üçün xarici ölkələrdə əlverişli investisiya mühitinin yaradılmasını xarici siyasətin vəzifələri kimi müəyyənləşdirdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR