Qəbələ rayonunda yol nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb

Qəbələ rayonunda yol nəqliyyat  hadisəsi baş verib, 3 nəfər xəsarət alıb
# 27 dekabr 2012 19:04 (UTC +04:00)

Qəbələ. Zahid Abışov - APA. Qəbələ rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Böyük Pirəli kəndində qeydə alınıb. Belə ki, Böyük Pirəli kənd sakini Füzuli Zeynalov idarə etdiyi “VAZ – 2107” markalı maşını ilə hərəkət edərkən idarəetməni itirərək yolun kənarında dayanmış traktor qoşqusuna çırpılıb. Nəticədə sürücü və yaxınlığında olan piyadalar Saleh Əzəmmədov və Tərlan Niftəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR