Bank Of Baku

Qusarda yük maşını aşıb, ölən var - FOTO

Qusarda yük maşını aşıb, ölən var - FOTO
# 07 iyul 2026 10:40 (UTC +04:00)

Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosunun məlumatına görə, hadisə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda, Samur qəsəbəsi yaxınlığında qeydə alınıb.

İlkin məlumata əsasən, Rusiya vətəndaşı, 2002-ci il təvəllüdlü Rukmitdin Mustafayevin idarə etdiyi “Volvo” markalı yük avtomobili sərt döngədə idarəetməni itirərək yol ilə Samur-Abşeron kanalı arasındakı əraziyə aşıb.

Nəticədə sürücü avtomobilin kabinəsində sıxılaraq hadisə yerində ölüb.

Avtomobildə daşınan badımcanlar yol kənarına və Samur-Abşeron kanalına tökülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR