Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat olub

Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat olub
# 28 yanvar 2013 08:12 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzinin strukturu təsdiqlənib. APA-nın məlumatına görə, mərkəzin strukturu yanvar ayının əvvəllərində təsdiq edilib.

Mərkəzin rəisi vəzifəsinə Şahvələd Əliyev təyin edilib. O, bundan əvvəl Dövlət Sərhəd Xidmətində çalışıb.

Mərkəzdə digər vəzifələrə də yeni əməkdaşlar təyin edilib.

Qeyd edək ki, Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi 2012-ci ilin iyun ayında ləğv edilmiş keçmiş Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin bazasında yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR