ABŞ-ın Azərbaycandakı səfiri Kürdəmirdə bir sıra görüşlər keçirib - FOTO

ABŞ-ın Azərbaycandakı səfiri Kürdəmirdə bir sıra görüşlər keçirib - <span style="color: red;">FOTO
# 21 fevral 2013 10:10 (UTC +04:00)

Kürdəmir. Elvin Yaqubov-APA. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Kürdəmir rayonuna səfər edib. APA-nın məlumatına görə, səfir fevralın 21-də Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyevlə görüşüb. Bir saatdan çox davam edən görüş zamanı qonağa Kürdəmir rayonu barədə geniş məlumat verilib, təhsil, səhiyyə, kənd təsərrüfatı və mədəniyyət sahələrində görülən işlər müzakirə edilib. Sonra səfir Riçard Morninqstar Kürdəmirdə fəaliyyət göstərən Amerika Sülh Korpusunun könüllüləri ilə görüşüb. Sonra səfir Kürdəmir rayon Mərkəzi Kitabxanasının nəzdində yaradılan Amerika Mərkəzinin fəaliyyəti ilə tanış olub, yeniyetmə və gənclərə ABŞ-Azərbaycan əlaqələri barədə məlumat verib.

Görüşdə bildirilib ki, ABŞ səfirliyinin maliyyə dəstəyi ilə bu günədək Azərbaycanın 6 şəhər və rayonunda, o cümlədən Kürdəmirdə təşkil olunan Amerika Mərkəzi yerli əhalinin informasiya təminatının ödənilməsi məqsədilə pulsuz internet xidməti, müxtəlif kurslar və dərnəklər təşkil edir, tədbirlər həyata keçirir, vətəndaşları ədəbiyyatla təmin edir. Hazırda Kürdəmirdəki Amerika Mərkəzinin fondunda 1258 nüsxə kitab, 11 ədəd kompüter və digər texniki avadanlıqlar var. Bu günədək mərkəzin təşkil etdiyi ingilis dili kurslarında 1100 nəfər iştirak edib. Bundan əlavə səfirin həyat yoldaşı Feys Morninqstar yerli Qadınlar Şurasının rəhbəri ilə görüşüb, uşaq yaradıcılıq mərkəzi, uşaq kitabxanası və mərkəzi rayon kitabxanasının fəaliyyəti ilə tanış olub.

Qeyd edək ki, səfir Riçard Morninqstar fevralın 22-də Gəncədə, ayın 23-də isə Mingəçevirdə bir sıra görüşlər keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR