ABŞ-da təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb

ABŞ-da təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb
# 30 oktyabr 2014 20:46 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Kanzas ştatında kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb. APA-nın “CNN”-ə istinadən verdiyi xəbərə görə, insident Uiçito şəhərinin “Mid-Continent” aeroportunda baş verib.

Məlumata görə, Hawker Beechcraft King Air tipli təyyarə aeroportun ərazisindəki ikimərtəbəli binaya çırpılıb.

Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR