Bank Of Baku

Sabirabadda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb - FOTO - YENİLƏNİB

Sabirabadda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb - FOTO  - YENİLƏNİB
# 24 avqust 2026 11:21 (UTC +04:00)

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul –Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Nizami kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Saatlı rayonunun Əliabad kənd sakini, 1985-ci il təvəllüdlü Məmmədov Elmar Müslüm oğlunun idarə etdiyi “Hyundai” markalı avtomobillə, Hacıqabul rayonunun Muğan qəsəbə sakini, 1991-ci il təvəllüdlü Həsənov Amil Telman oğlunun idarə etdiyi “Renault” markalı avtomobil toqquşub.

Qəza nəticəsində Saatlı rayonunun Əliabad kənd sakini, 1991-ci il təvəllüdlü Mehtiyeva Fəridə Ənvər qızı hadisə yerində ölüb.

Xəsarət alanlar Saatlı rayonunun Əliabad kənd sakini, 2021-ci il təvəllüdlü Mehtizadə Mirəli Hikmət oğlu, Mingəçevir şəhər sakini, 1965-ci il təvəllüdlü Hüseynova Səfurə Əli qızı Sabirabad rayon xəstəxanasına və Saatlı sakini, 1985-ci il təvəllüdlü Məmmədov Elmar Şirvan xəstəxanasına yerləşdirilib. Məmməd Elmar hazırda əməliyyat olunur.

Faktla bağlı araşdırma aparılır.

***

09:34

Sabirabadda baş verən qəzada ölən və yaralananlar var.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonununun Qaragüney kəndində qeydə alınıb.

Minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR