Salyanda motosiklet piyadanı vuraraq öldürüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan şəhərində qeydə alınıb.
Elmir Zeynalovun idarə etdiyi "Muravey" markalı motosiklet yolu keçən piyada - Salyan sakini, 1960-cı il təvəllüdlü Zəfər Vəliyevi vuraraq öldürüb.
Ağır xəsarətlər alan piyada xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.