Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin icraçı direktoru ilə görüşüb

Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin icraçı direktoru ilə görüşüb
# 26 sentyabr 2015 00:46 (UTC +04:00)

Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Amerika Yəhudi Komitəsinin Azərbaycana səfərlərinin və ölkəmizlə yaxından tanışlığının, beynəlxalq tədbirlər çərçivəsində bu kimi görüşlərin və aparılan fikir mübadilələrinin təqdirəlayiq təcrübə olduğu qeyd edilib.

Azərbaycan haqqında həqiqətləri geniş ictimai dairələrə təqdim etməklə Amerika Yəhudi Komitəsinin Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatları və İsrail ilə ikitərəfli əlaqələrinin inkişafına töhfə verdiyi bildirilib.

David Harris Komitənin bu ilin yazında Azərbaycana məhsuldar səfərini xatırladaraq, gələn il də ölkəmizə belə bir səfərin həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. Görüşdə Azərbaycanın zəngin tolerantlıq və multikulturalizm ənənələrinin nümunəvi xarakter daşıdığı vurğulanıb.

Elmar Məmmədyarov Komitənin nümayəndələrini Azərbaycanda görməkdən məmnun olacağımızı diqqətə çatdırıb. Görüşdə həmçinin, Amerika Yəhudi Komitəsinin nümayəndələrinə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi və Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqeyi barədə məlumat verilib. Bildirilib ki, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüz və işğalı regional sülh və təhlükəsizlik üçün ən başlıca təhdiddir.

Daha sonra bir sıra qarşılıqlı maraq doğuran məsələlər ətrafında ümumi fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR