Ziyafət Əsgərov: “Azərbaycanda məhkəmə sistemi Avropa standartlarına uyğunlaşdırılıb"

Ziyafət Əsgərov: “Azərbaycanda məhkəmə sistemi Avropa  standartlarına uyğunlaşdırılıb"
# 10 oktyabr 2014 17:16 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, Z. Əsgərov bildirib ki, Azərbaycan Qırğızıstanla əlaqələrin dərinləşməsinə böyük əhəmiyyət verir.

O, ölkəmizdə aparılan islahatlar, quruculuq işləri, əldə edilən uğurlu nəticələr barədə danışıb. Z. Əsgərov qeyd edib ki, müstəqillik illərində Azərbaycanda geniş hüquqi islahatlar həyata keçirilib: “Azərbaycanda məhkəmə sistemi yalnız Avropa standartlarına uyğunlaşdırılıb”.

Azərbaycan Konstitusiya Məhkəməsi ilə Qırğızıstan Konstitusiya Palatası arasında imzalanmış əməkdaşlıq haqqında memorandumun təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətini qeyd edən Z. Əsgərov həmçinin parlamentlərarası əlaqələrdən danışıb və qanunvericilik sahəsində əməkdaşlığın daha da genişlənməsinin zəruri olduğunu vurğulayıb: “Hər iki ölkənin deputatları beynəlxalq təşkilatlarda qarşılıqlı faydalı əməkdaşlıq edirlər”.

Öz növbəsində M. Kasımaliyev Azərbaycan parlamentində olmağından məmnunluğunu ifadə edib. O, ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sistemi sahəsində mövcud əlaqələrdən danışıb. M. Kasımaliyev Qırğızıstan Konstitusiya Palatasının fəaliyyəti və səlahiyyətləri, üzvlərinin seçilməsi, habelə ölkəsində aparılan hüquqi islahatlar barədə ətraflı məlumat verib.

Qonaq Konstitusiya məhkəmələri arasında imzalanmış əməkdaşlıq haqqında memorandumu da yüksək qiymətləndirib. Bu sənədin iki ölkənin hakimləri arasında əməkdaşlığın daha da genişlənməsində faydalı olacağını söyləyib.

Görüşdə həmçinin məhkəmə-hüquq sistemi sahəsində aktual məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR