Bank Of Baku

Tacikistanda beynəlxalq su konfransı keçiriləcək

Tacikistanda beynəlxalq su konfransı keçiriləcək
# 30 may 2018 13:36 (UTC +04:00)

"20-22 iyun tarixlərində Düşənbədə "Davamlı inkişaf üçün su: 2018-2028" mövzusunda beynəlxalq konfrans keçiriləcək.
 
APA-nın xəbərinə görə, bunu Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliev media brifinqdə deyib. O bildirib ki, beynəlxalq konfransda 100 ölkədən 1000-dən çox yüksək səviyyəli qonağın, dövlət və hökumət rəhbərlərinin, nazirlərin və digər rəsmilərin iştirakı  nəzərdə tutulub.
 
Konfransda BMT, ATƏT, Avropa  İttifaqı, MDB və digər beynəlxalq təşkilatların nümayəndələri də iştirak  edəcək. Səfir qeyd edib ki, konfransın əsas məqsədi  su üzrə davamlı inkişafa nail olmaq üçün tədbirlərin və siyasi dialoqun davam etdirilməsidir. Konfrans çərçivəsində  2018-2028-ci illər ərzində davamlı inkişaf üçün su üzrə qlobal, regional və ölkələr səviyyəsində görüləcək işlər müzakirə ediləcək.
 
R. Soliev əlavə edib ki, konfransda Azərbaycan nümayəndə heyətinin də iştirakı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR