"Rabitəbank" gələn maliyyə ilinin büdcə hədəflərini müəyyənləşdirəcək

"Rabitəbank" gələn maliyyə ilinin büdcə hədəflərini müəyyənləşdirəcək
# 06 oktyabr 2015 07:57 (UTC +04:00)

Bakı - APA-Economics. "Rabitəbank" ASC-nin Müşahidə Şurasının 5 oktyabr 2015-ci il tarixli qərarına əsasən noyabr 20-də bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, yığıncağın gündəliyində duran məsələlər 2016-cı maliyyə ilinin büdcə hədəflərinin təsdiqi və təşkilati məsələlər olacaq.

Yığıncaq bankın baş ofisində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR