Bakıda 81 yaşlı kişini maşın vuraraq öldürüb

Bakıda 81 yaşlı kişini maşın vuraraq öldürüb
# 10 noyabr 2015 09:06 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə noyabrın 9-u saat 20:00 radələrində, Sabunçu rayonu Pirşağı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1970-ci il təvəllüdlü Qabil Həmzəyev idarə etdiyi «Mercedes» markalı avtomobillə yolu keçən, 1934-cü il təvəllüdlü Nikolay Sorokini vurub. Nəticədə o, hadisə yerində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR