Almaniyanın “Eurovision-2013” təmsilçisi müəyyənləşib

Almaniyanın “Eurovision-2013” təmsilçisi müəyyənləşib
# 16 fevral 2013 07:28 (UTC +04:00)

Bakı. Ülkər Qasımova – APA. Almaniyanın “Eurovision-2013” mahnı müsabiqəsindəki təmsilçisi müəyyənləşib.

APA-nın məlumatına görə, seçim turunun nəticələrinə əsasən 2011-ci ildə müsabiqəyə ev sahibliyi edən Almaniyanı məşhur “Cascada” qrupu təmsil edəcək. Üç hissəli səsvermənin sonunda “Cascada” qrupu 30 xal yığaraq I yeri tutub.

İkinci yerdə 23 balla “LaBrassBanda” qrupu, üçüncü yeri isə “One Love” mahnısını ifa edən Söhne Mannheims tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR