Əli Əsgər Sultaniyyə: “İranla AEBA arasında müzakirələr davam edəcək”

Əli Əsgər Sultaniyyə: “İranla AEBA arasında müzakirələr davam edəcək”
# 14 fevral 2013 02:41 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndə heyəti arasında fevralın 13-də Tehranda keçirilən müzakirələrdə hər iki tərəf öz təkliflərini irəli sürüb”. APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu İranın AEBA-dakı daimi nümayəndəsi Əli Əsgər Sultaniyyə deyib. O görüşdə hansı təkliflərin irəli sürüldüyü və müzakirələrlə bağlı ətraflı məlumat verməyib. Ə.Sultaniyyə sadəcə onu açıqlayıb ki, AEBA ilə İran arasında danışıqlar davam edəcək və son müzakirədə irəli sürülən təkliflər araşdırılaraq, növbəti görüşdə təkliflərlə bağlı fikirlər bildiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR