Azərbaycan ərazisində aparılan qar ölçmə işlərinin ilkin nəticəsi açıqlanıb

Azərbaycan ərazisində aparılan qar ölçmə işlərinin ilkin nəticəsi açıqlanıb
# 19 mart 2013 14:13 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, əldə olunan məlumatlar əsasında sabahdan təhlillər və hesablamaların aparmasına başlanacaq.

Hesablamalar zamanı Azərbaycan ərazisi ilə yanaşı, Gürcüstan və Türkiyə ərazisindəki qar ehtiyatları ilə bağlı əldə olunan məlumatlar nəzərə alınacaq: “Qar ölçmə işləri Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində 28 marşrut üzrə aparılıb. Aparılan ekspedisiyalar yaz-yay gursululuq dövrünün proqnozlaşdırılması ilə əlaqədar qar örtüyü müəyyən edilib. İlkin nəticəyə əsasən deyə bilərik ki, bu il Daşkəsən, Gədəbəy və Göygöl ərazilərində qar ötən illə müqayisədə daha azdır”.

Qeyd edək ki, aparılan qar ölçmə işlərinə əsasən Azərbaycanda tək qar ehtiyatı yox, aprel, may, iyun aylarında gözlənilən yağıntı, temperaturun dəyişməsi ilə bağlı proqnozlar da hazırlanacaq. Martın sonunda yaz-yay gursululuq dövrünün proqnozu tərtib olunaraq müvafiq qurumlara göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR