Hindistan sakini 9 nəfəri balta ilə qətlə yetirib

Hindistan sakini 9 nəfəri balta ilə qətlə yetirib
# 04 aprel 2013 17:39 (UTC +04:00)

Bakı-APA. Hindistan sakini 4 qadını və 5 uşağı balta ilə qətlə yetirib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə Çxattisqarx ştatının polis idarəsi məlumat yayıb. Cinayətkar həbs edilib.

Rayon polis şöbəsinin rəisinin sözlərinə görə, ehtimal olunur ki, 35 yaşlı şəxs qətliamı affekt vəziyyətində törədib. Məlumata görə, bu günlərdə o yoldaşından ayrılıb.

Hadisə şahidlərinin sözlərinə görə, faciə nahar zamanı, bir neçə ailədən olan qadın və uşaqların bir mənzilə toplandığı vaxt baş verib. Kişilərin çoxu hadisə zamanı yaxınlıqdakı mədəndə işdə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR