Tovuz rayonunda bir nəfərin ölümü qeydə alınıb, daha bir nəfər xəstəxanaya yerləşdirilib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə oktyabrın 24-də saat 23:50 radələrində rayonun Heydər Əliyev prospektində, beşmərtəbə adlanan ərazidə qeydə alınıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə daxil olan çağırış əsasında əraziyə təcili tibbi yardım briqadası göndərilib.
Briqada tərəfindən şəxsiyyəti hələlik məlum olmayan bir kişinin həkiməqədər ölüm faktı qeydə alınıb.
Digər kişi isə bayılma vəziyyətində Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. O, özünə gəldikdən sonra xəstəxanadan buraxılıb.
Hadisənin səbəbləri barədə məlumat verilməyib.
***
00:10
Tovuzda bir nəfərin ölümünə, bir nəfərin isə xəsarət almasına səbəb olan şəxs saxlanılıb.
APA-nın yerli bürosunun məlumatına görə, polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində kəsici-deşici alətlə Ü. Abdullayevə xəsarət yetirən və Nizami Qurbanovu qətlə yetirməkdə şübhəli bilinən 24 yaşlı Elnur Sadıqov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
***
23:16
Tovuzda bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, iki nəfər bıçaqlanıb, onlardan biri hadisə yerində ölüb. 1988-ci il təvəllüdlü Ü. Abdullayev isə bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib.
Ona dərhal yardım edilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.