Azərbaycanda bank kreditləşməsi 28% artıb

Azərbaycanda bank kreditləşməsi 28% artıb
# 08 fevral 2013 14:24 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan fəaliyyət göstərən kommersiya banklarının kredit qoyuluşlarının ümumi həcmi 2013-cü il yanvarın 1-nə 12 399,4 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin yanvarın 1-nə nisbətən 2 700,6 mln. manat və ya 27,8% çoxdur. «APA-Economics»in xəbər verdiyi kimi, bu, Azərbaycan Mərkəzi Bankının məlumatında göstərilir.

Müqayisə üçün bildirək ki, 2011-ci ildə bankların kredit qoyuluşlarının həcmi 727 mln. manat və ya 8,1% artıb.

Qeyd edək ki, təkcə 2012-ci ilin dekabr ayında bankların kredit qoyuluşları 678,1 mln. manat və ya 5,8% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR