Dövlət Sərhəd Xidməti ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında anlaşma memorandumu imzalanıb

Dövlət Sərhəd Xidməti ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında anlaşma memorandumu imzalanıb
# 13 mart 2015 12:05 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında DSX rəisi general-polkovnik Elçin Quliyev və rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tərəfindən dövlət sərhədlərinin mühafizəsində yüksək texnologiyaların səmərəli tətbiqi imkanları geniş müzakirə olunub və bu sahədə gələcək əməkdaşlıq münasibətlərini müəyyən edən qarşılıqlı anlaşma memorandumu imzalanıb.

APA-nın DSX-nın saytına istinadən verdiyi məlumata görə, memoranduma əsasən ölkə hüdudlarının monitorinqində, həmçinin dövlət sərhəd xəttinin delimitasiyası və demarkasiyası tədbirlərində yüksək rabitə texnologiyalardan, o cümlədən “Azersky” peykinin imkanlarından geniş istifadə ediləcək.

Memorandum çərçivəsində DSX Akademiyasının “Uçuş mühəndisliyi” ixtisası üzrə təhsil alan kursantlarının rabitə və yüksək texnologiyalar sahəsində təcrübə keçməsinin təşkili də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR