Aran və Qarabağ bölgəsində mal-qara arasında xəstəlik yayılıb - YENİLƏNİB - VİDEO

Aran və Qarabağ bölgəsində mal-qara arasında xəstəlik yayılıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 26 avqust 2014 19:35 (UTC +04:00)

Zərdab-Bərdə. Zahid Abışov,Teymur Zahidoğlu- APA. Aran bölgəsində iri buynuzlu heyvanlar arasında yayılan xəstəlik daha bir rayonda müşahidə olunur.

Sakinlərin APA-nın yerli bürosuna verdikləri məlumata görə, Zərdab rayonunun 6-ya yaxın yaşayış məntəqəsində 20 gündən artıq bir müddətdir mal-qara arasında kütləvi xəstəlik yayılıb. Xəstəliyə tutulan heyvan qidadan kəsilir, halsızlaşır, ağzından su axır, arxa ayaqları tutulur, bədəninin müxtəlif hissələrində diametri 2-3 santimetr olan şişlər əmələ gəlir və bədən hərarəti yüksəlir. Sakinlərin sözlərinə görə, xəstə heyvanlardan artıq bir neçəsi ölüb.

Zərdab rayon Baytarlıq İdarəsinin rəisi Mənsur Pənahov APA-ya açıqlamasında qeyd edib ki, artıq bir müddətdir rayonun 6 kəndində “Nodulyar dermatit” virus xəstəliyi mal-qara arasında yayılıb. Xəstəlik baş verən vaxtdan rayon baytarlıq idarəsi gücləndirilmiş iş rejiminə keçib. Mal-qara saxlanılan bütün ərazilərdə dezinfeksiya işləri aparılıb. Xəstəliyin daha geniş vüsət almasının qarşısı alınıb. Bu vaxta kimi rayonda olan 53 min baş iribuynuzlu mal-qaradan cəmi 60 başında bu xəstəlik müşahidə olunub. Xəstəliyə tutulan qoca və daha zəif 3 baş heyvan isə bu xəstəlikdən tələf olub.

Qeyd edək ki, Qarabağ bölgəsində də Aran bölgəsindəki kimi iribuynuzlu heyvanlar arasında xəstəliyin yayılması müşahidə olunur. APA-nın yerli bürosunun xəbərinə görə, Bərdədə mal-qara arasında kütləvi xəstəlik yayılıb. Xəstəliyə tutulan heyvan qidadan kəsilir, halsızlaşır, ağzından su axır, arxa ayaqları tutulur, bədəninin müxtəlif hissələrində diametri 2-3 santimetr olan şişlər əmələ gəlir və bədən hərarəti yüksəlir. Sakinlərin sözlərinə görə, xəstə heyvanlardan artıq bir neçəsi ölüb.


Bərdə rayon Baytarlıq İdarəsindən APA-nın Qarabağ bürosuna bildirilib ki, rayonda 100 baş heyvanda “Nodulyar dermatit” virus xəstəliyi qeydə alınıb. Xəstəlik baş verən vaxtdan rayon baytarlıq idarəsi profilaktik tədbirlərə başlayıb. Mal-qara saxlanılan bütün ərazilərdə dezinfeksiya işləri aparılıb. Xəstəliyin daha geniş vüsət almasının qarşısı alınıb.


İdarədən o da bildirilib ki, heyvan sahibləri vaxtaşırı-ən azı iki gündən bir mal-qaranı neosidol, kryalin və başqa analoji dərman pereparatları ilə yumalıdırlar. Çünki, bu xəstəliyin daşıyıcılar ağcaqanadlar və digər qansoran həşəratlardır ki, bu dərmanlar istifadədən sonra həmin zərərvericilər heyvanlara yaxın düşə bilmirlər.


APA-nın Qarabağ bürosunun xəbərinə görə, faktla bağlı Bərdə mal bazarına satılıq heyvanların gətirilməsi məhdudlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR