Sergey Lavrov: “Biz Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına fəal yardım edəcəyik”

Sergey Lavrov: “Biz Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına fəal yardım edəcəyik”
# 22 aprel 2015 13:26 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Biz Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının, Qarabağ münaqişəsinin həllinin və beləliklə, Ermənistan-Azərbaycan münasibətlərinin də normallaşmasının tərəfdarıyıq”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Sputnik", "Exo Moskvı" və "Qovorit Moskva" radiolarına müsahibəsində deyib.

“Biz bir neçə il bundan əvvəl Ankara və İrəvanın təşəbbüsü ilə başladılan, sərhədlərin açılması, qarşılıqlı tanınma və digər əməkdaşlıqları özündə əks etdirən prosesi dəstəkləmişdik. Təəssüf ki, sənədlər imzalandı, lakin qüvvəyə minmədi. Ona görə ki, Türkiyədə həmin mərhələdə sənədi ratifikasiya etmək alınmadı. Lakin biz bunun baş verməsinə fəal şəkildə yardım edəcəyik”, - deyə S. Lavrov söyləyib.

Nazir ABŞ-ın “erməni soyqırımı”nı tanıyıb-tanımayacağını barədə təxmin yürütməyəcəyini vurğulayıb: “Bu, onların öz qərarlarıdır. Hər bir ölkə müstəqil olaraq qərar qəbul edir. Biz çoxdan bu barədə qərar qəbul etmişik. Bildiyim qədər, bir çox ölkələr belə qərar qəbul ediblər. Kütləvi cinayətin qurbanlarının xatirəsini yad etmək kimlərləsə, o cümlədən bu cinayətin baş verdiyi ölkədə fəaliyyətdə olan hökumətlə münasibətləri pozmaq kimi qəbul edilməməlidir. Sizə İkinci Dünya müharibəsindən sonra Avropadakı sülhü, Rusiya ilə Almaniya, Fransa ilə Almaniya arasındakı sülhü misal gətirə bilərəm. Buna çoxlu misallar var".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR