Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində 22 nəfər qızılca xəstəliyinə yoluxub

Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində 22 nəfər qızılca xəstəliyinə yoluxub
# 01 may 2013 11:04 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. “Gürcüstanda 2 mindən artıq şəxs qızılcaya tutulub. Bu xəstəlik Gürcüstanda fevral ayından başlayıb. Qeydiyyata alınan xəstələrdən isə iki nəfər ölüb”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Mərkəzi İnfeksion Xəstəxanasının departament rəisi Xatuna Zaxaşvili bildirib.

Onun sözlərinə görə, xəstəlik əsasən Tiflis şəhərində daha çox yayılıb və bölgələrdə də qızılcaya yoluxanlar var: “Azərbaycanlıların kompakt yaşadığı bölgələrdə 22 nəfər qızılcaya yoluxub. Hazırda ölkə üzrə bu xəstəlik üzrə qeydiyyata alınan xəstələrdən 30 nəfəri xəstəxanada müalicə olunur, digər xəstələr isə ev şəraitində amblator müalicə alırlar”.

X. Zaxarişvili Gürcüstan dövlətinin qızılca xəstəliyinə qarşı profilaktik tədbirlər həyata keçirdiyini bildirib. Martın 1-dən mayın 31-dək ölkədə pulsuz peyvənd tədbirləri həyata keçirir.

APA-nın məlumatına görə, azərbaycanlıların kompakt yaşadığı bölgələrdə də qızılca xəstəliyinə qarşı peyvənd tədbirləri başlayıb. Marneulidə bu xəstəliyə qarşı 900 nəfər peyvənd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR