Çexiya İraqa 14 döyüş təyyarəsi verəcək

Çexiya İraqa 14 döyüş təyyarəsi verəcək
# 25 avqust 2014 17:59 (UTC +04:00)

Bakı-APA. Çexiya İraqa 14 yerli istehsallı “L-159” çoxməqsədli hücumçu döyüş təyyarəsi verəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Çexiyanın Sənaye və Ticarət Nazirliyinin rəsmi nümayəndəsi Filip Matıs deyib.

“Nazirlik İraqa təyyarələrin satılması üçün artıq ixrac lisenziyası verib”, deyə Matıs bildirib.

Bundan əvvəl sənaye və ticarət naziri Yan Mladek bəyan edib ki, ixrac lisenziyası verildikdən sonra təyyarələrin İraqa tədarükü qısa zamanda həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR