Bank Of Baku

Ucarda yeniyetmə qız uşaq dünyaya gətirib, cinayət işi açılıb - YENİLƏNİB

Ucarda yeniyetmə qız uşaq dünyaya gətirib, cinayət işi açılıb - YENİLƏNİB
# 20 aprel 2026 13:14 (UTC +04:00)

Ucarda yeniyetmə qızın uşaq dünyaya gətirməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

"Daxil olan məlumata görə rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir", məlumatda deyilir.

Emin Şirvanzadə

***

12.42

Ucarda yeniyetmə qız uşaq dünyaya gətirib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayon sakini 15 yaşlı yeniyetmə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib.

Xəstəxanadan APA-ya verilən xəbərə görə, aprelin 14-də saat 19:00 radələrində 2011-ci il təvəllüdlü hamilə doğuş sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Ona 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib. Pasiyent saat 20:20 radələrində cinsi kişi, çəkisi 1900 qram, boyu 44 sm uşaq dünyaya gətirib. Ana və uşağın vəziyyəti dəyərləndirilərək, müvafiq klinik protokollara uyğun zəruri tibbi yardım göstərilib. Zahı kafi vəziyyətdə aprelin 17-də sahə həkim mama-ginekoloq nəzarəti altında ambulator müalicə üçün evə yazılıb.

Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR