Şərqi Azərbaycan valisi İranın Naxçıvanda baş konsulu ilə görüşüb

Şərqi Azərbaycan valisi İranın Naxçıvanda baş konsulu ilə görüşüb
# 01 fevral 2013 18:37 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “Azərbaycan Respublikasından, xüsusən də Naxçıvandan İrana çox sayda insan səfər edir”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın Şərqi Azərbaycan vilayətinin valisi Əhməd Əlirza Beygi bu ölkənin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Məhəmməd Tağı Məhəmmədəli ilə görüşü zamanı deyib. Görüşdə Azərbaycan Respublikasının İran vətəndaşlarının ölkəmizə sadələşdirilmiş qaydada keçməsinə imkan verən memorandumun ləğvi müzakirə olunub. Ə. Ə. Beygi bildirib ki, Azərbaycanla İran arasında mənəvi bağlar var: “ Bu səbəbdən də İran Azərbaycan kimi vətəndaşların səfərini məhdudlaşdıracaq addımlar atmayacaq. Sadələşdirilmiş qaydada keçidin ləğvi İran vətəndaşlarının Azərbaycana səfər etməsində çətinliklər yaradır. Bu cür məhdudiyyət iki ölkə arasında əlaqələrin inkişafına da mənfi təsir göstərir. Odur ki, Azərbaycanın bu məsələni yenidən gözdən keçirməsini istəyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR