Əskişəhər və Gəncə şəhərləri qardaşlaşır - FOTO

Əskişəhər və Gəncə şəhərləri qardaşlaşır - <span style="color: red;">FOTO
# 05 aprel 2013 12:28 (UTC +04:00)

Gəncə. Azər Məmmədli-APA. Bu gün Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevlə Əskişəhər valisi Kadir Koçdemir arasında Gəncə ilə Əskişəhər arasında qardaş şəhər münasibətlərinin inkişaf etdirilməsi və əməkdaşlıq görüşlərinin başladılması məqsədi ilə protokol imzalanıb. APA-nın Qərb bürosunun verdiyi məlumata görə sənədlərin imzalanma mərasimindən əvvəl hər iki şəhər şəhərin tarixi, mədəniyyəti və imkanları barədə məlumat verilib. Əskişəhər valisi Kadır Koçdemirin sözlərinə görə, 2013-cü ildə Türk dünyasının mədəniyyət mərkəzi hesab edilən 800 min əhalisi olan Əskişəhərdə bu il bir sıra təbdirlər nəzərdə tutulub. Onlardan birinin məhz Əskişəhərlə Gəncənin qardaşlaşması olduğunu bildirən K. Koçdemir bu il il Əskişəhərdə Azərbaycan və Gəncə mədəniyyət evinin istifadəyə veriləcəyini bildirib. Onun sözlərinə görə, mədəniyyət evində hər kəs gəlib Azərbaycan mədəniyyəti barədə ətraflı məlumat ala biləcək.

Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev bildirib ki, Əskişeherle Gəncənin qardaşlaşması iki şəhər arasında mədəni iqtisadi əlaqələrin güclənməsinə xidmət edəcək. E. Vəliyevin sözlərinə görə əməkdaşlıq çərçivəsində Gəncədən olan bir qrup nümayəndə heyəti Əskişəhərdə keçirilən tədbirlərə qatılacaq, həmçinin Gəncədə təşkil ediləcək tədbirlərə də Əskişəhərdən oqonaqlar gələcək.

İki şəhər arasında gələcəkdə təhsil sahəsində də əməkdaşlıq ediləcəyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR