Məhkəmə Arif Yunusun apellyasiya şikayətini təmin etməyib

Məhkəmə Arif Yunusun apellyasiya şikayətini təmin etməyib
# 11 avqust 2014 12:28 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Sülh və Demokratiya İnstitutunun əməkdaşı Arif Yunusun apellyasiya şikayətinə baxılıb.

Vəkil Xalid Bağırovun APA-ya verdiyi məlumata görə, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə A. Yunus özü də iştirak edib.

Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, A. Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq), onun həyat yoldaşı, Leyla Yunus isə Cinayət Məcəlləsinin 274-cü, 178.3.2-ci, 192.2.2-ci (qanunsuz sahibkarlıq), 213.2.2-ci (vergidən yayınma, 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci onun əri maddələri ilə təqsirli bilinirlər.

Nəsimi Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR