Rusiyanın Saxalin vilayətində 6,1 bal gücündə zəlzələ baş verib

Rusiyanın Saxalin vilayətində 6,1 bal gücündə zəlzələ baş verib
# 17 oktyabr 2012 03:51 (UTC +04:00)
Bakı-APA. Rusiyanın Saxalin vilayətində yerləşən Kuril adaları yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, zəlzələnin episentri Saxalin vilayətinin Severo-Kurilsk şəhərindən 117 km aralıda, mərkəzi isə yer sətinin 85 km dərinliyində olub.
Dağıntılar və tələfat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR