Bakıda “Gənclər üçün Aktiv Əmək Bazarı Tədbirləri” mövzusunda milli konfrans keçirilib - FOTO
15 mart 2012 09:15 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Gənclər üçün Aktiv Əmək Bazarı Tədbirləri” mövzusunda milli konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə hökumət, qeyri-hökumət təşkilatlarının, Beynəlxalq Əmək Təşkilatının (BƏT), İsveç Dövlət Məşğulluq Xidmətinin nümayəndələri iştirak edib.
Konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Azərbaycanda əhalinin, xüsusilə gənclərin səmərəli məşğulluğunun təminatı, əmək bazarının tələblərinə cavab verən rəqabətə davamlı gənc kadrların hazırlanması sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Onun sözlərinə görə, gənclərin sosial-iqtisadi inkişafda iştirakı, peşə hazırlığı məqsədilə mütəmadi tədbirlər görülür.
Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, BƏT-in Moskva ofisinin direktor müavini Şurenkimeq Zokoiltin, İsveç Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi Aqneta Rostromun və sair iştirakçıların çıxışları dinlənilib.

Sosial
Ötən il Azərbaycanda 56 mindən artıq şəxsə anemiya diaqnozu qoyulub
18:49
18 may 2024
Sığorta bazarının aktivləri 1,8 mlrd. manatı ötüb
12:48
18 may 2024
Azərbaycanda ötən il qeydə alınan QİÇS xəstələrinin sayı açıqlanıb
11:57
18 may 2024
FHN tərəfindən “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbirlər keçirilib - FOTO
11:27
18 may 2024