«Bank of Baku» kreditlər üzrə faiz dərəcəsini azaldıb

«Bank of Baku» kreditlər üzrə faiz dərəcəsini azaldıb
# 08 fevral 2012 10:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC təsis edilməyinin 18-ci ildönümü münasibətilə istehlak və pul kreditlərinin faiz dərəcələrində endirim elan edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, fevralın 29-dək davam edəcək kampaniya çərçivəsində bankın müştəriləri üçün istehlak və pul kreditlərinin illik faiz dərəcəsində 2%-lik endirim ediləcək. Bundan başqa, «Bank of Baku»nun fevralın 14-nə təsadüf edən ad günündə hər 18-ci müştəri üçün bu endirimin dərəcəsi iki qat artırılaraq ümumilikdə 4% təşkil edəcək. Kreditin (avtomobil, ipoteka, əmanət və VİP kreditlər kampaniyaya şamil edilmir) maksimal məbləği 5000 manatdır. Güzəştli kreditin məbləği 4000 manat, müddəti isə 24 ay olacağı halda, aylıq ödəniləcək məbləğ yeni müştərilər üçün 224 manat, müsbət kredit tarixçəsinə malik olan təkrar müştərilər üçün isə cəmi 216 manat təşkil edəcək.

Bankın İdarə Heyətinin sədr müavini Abbas İbrahimovun sözlərinə görə, bank əhalinin ehtiyaclarına cavab vermək üçün növbəti belə bir endirim aksiyasına başlayıb: «Ümumiyyətlə, bu günə qədər 400 minə yaxın müştəri bankımızın 700 mindən artıq istehlak kreditindən faydalanıb».

Qeyd edək ki, «Bank of Baku» ASC 1994-cü ilin fevralın 14-dən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR