Dünya Bankı Azərbaycan üzrə növbəti iqtisadi forumu martda keçirəcək

Dünya Bankı Azərbaycan üzrə növbəti iqtisadi forumu martda keçirəcək
# 22 fevral 2012 08:32 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə DB-nın Azərbaycandakı nümayəndəliyindən bildirilib.

DB-nın Bakı ofisindən verilən məlumata görə, Azərbaycan II İqtisadi Siyasət Forumu martın 5-6-da təşkil olunacaq: «Tədbirə DB-nın bir çox yüksəkvəzifəli şəxslərinin gəlməsi nəzərdə tutulub».

Qeyd edək ki, forumun əsas mövzuları iqtisadiyyatın inkişafı, onun diversifikasiyası, biznes mühitinin yaxşılaşdırılması, əmək bazarı, ali təhsil, həyat qabiliyyətli institutlarının yaradılması və s. olacaq. Sözügedən forum hələ 2011-ci ilin oktyabrın 17-18-də keçirilməli idi.

Xatırladaq ki, DB Azərbaycan üzrə ilk İqtisadi Siyasət Forumunu 2009-cu ilin oktyabrın 21-də Bakıda keçirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR