“Sərhədsiz reportyorlar” təşkilatı Azərbaycan vətəndaşı olan şairlərin İranda yoxa çıxması ilə bağlı bəyanat yayıb

“Sərhədsiz reportyorlar” təşkilatı Azərbaycan vətəndaşı olan şairlərin İranda yoxa çıxması ilə bağlı bəyanat yayıb
# 23 may 2012 08:06 (UTC +04:00)
APA-nın məlumatına görə, təşkilatın rəsmi saytında bununla bağlı bəyanat yerləşdirilib.

“Sərhədsiz reportyorlar” İran hakimiyyətini ən qısa müddətdə mayın 2-də Təbrizdə yoxa çıxmış azərbaycanlı şairlərin taleyinə aydınlıq gətirməyə çağırıblar.

Xatırladaq ki, bəzi kütləvi informasiya vasitələrinin məlumatına görə, Fərid Hüseyn və Şəhriyar del Gerani mülki şəxslər tərəfindən girov götürülüb.

Azərbaycan Xarici İşlər Nazirliyi adı çəkilən soydaşlarımızın taleyini araşdırmağa çalışır. Lakin hələlik İran tərəfindən bu müraciətlərə rəsmi cavab verilməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR