Rüşvətxorluqda təqsirləndirilən hərbi komissar məhkəmədə özünü təqsirli bilmədiyini deyib

Rüşvətxorluqda təqsirləndirilən hərbi komissar məhkəmədə özünü təqsirli bilmədiyini deyib
# 07 fevral 2012 12:19 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Hərbi Məhkəməsində Xətai rayon hərbi komissarının müavini olmuş Davud Hüseynovun cinayət işi üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. APA-nın xəbərinə görə, hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxs çıxış edərək, özünü təqsirli bilmədiyini deyib.

Proses fevralın 20-də davam etdiriləcək.

Qeyd edək ki, Respublika Hərbi Prokurorluğunun Bakının Xətai Rayon Hərbi Komissarlığında apardığı yoxlamalar zamanı komissarlıqda ciddi korrupsiya faktları aşkarlanıb. Aşkarlanmış korrupsiya faktları ilə bağlı artıq Xətai rayon hərbi komissarının müavini olmuş, bir neçə ay əvvəl təqaüdə göndərilən Davud Hüseynov saxlanılıb. Onun barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Davud Hüseynov Cinayət Məcəlləsinin 311.3.2 və 341.1 maddələri üzrə ittiham olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR