Əhməd Davudoğlu və Ketrin Eşton İranın mübahisəli nüvə proqramını müzakirə edib

Əhməd Davudoğlu və Ketrin Eşton İranın mübahisəli nüvə proqramını müzakirə edib
# 26 sentyabr 2012 11:43 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla görüşüb.

APA-nın məlumatına görə, görüşdə əsas müzakirə mövzusu İranın mübahisəli nüvə proqramı olub.

K.Eşton bu günlərdə İstanbul şəhərində İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə keçirdiyi görüşün detalları barədə Ə.Davudoğluna məlumat verib və bu məsələdə göstərdiyi yardımlara görə Türkiyəyə təşəkkür edib. O, həmçinin İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin diplomatik yolla həlli üçün görüşlərin davam etdirilməsinin vacib olduğunu deyərək, bununla bağlı əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR