Qax rayonunda sürücülərə qarşı reyd keçirilib

Qax rayonunda sürücülərə qarşı reyd keçirilib
# 11 iyun 2012 08:14 (UTC +04:00)
Qax. Vüqar Heydərov - APA. Qaxda qayda pozan sürücülərə qarşı reyd keçirilib. Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) rəisi Əliqəmə Cəfərovun APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, reyd zamanı sürücülük vəsiqəsi olmadan, içkili halda avtomobili idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, görmənin məhdudlaşdırılması, pərdə və plyonkaları quraşdıran sürücülər saxlanılaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduqlarına görə inzibati qaydada məsuliyyətə cəlb olunublar. Bir neçə avtomobil müvəqqəti dayanacağa aparılıb. Reyd zamanı qaydaları pozan 40-a yaxın sürücü cərimələnib. Yol polisləri bu istiqamətdə reydlərini bundan sonra da davam etdirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR